"Dostlar"ın ulduzunun ölümündə şübhəli bilinən həkim etiraf etdi
Mədəniyyət
31.08.2024 08:53
Amerikalı aktyor və "Dostlar" serialının ulduzu Metyu Perrinin ölümündə ittiham olunan həkimlərdən biri Mark Çaves irəli sürülən ittihamların birində özünü təqsirli bilib.
TodayPress xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Belə ki, Çavez aktyora ketamin verdiyini bildirərək günahını etiraf edib. Onu 10 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, Perrinin ölümü ilə bağlı aparılan istintaq işində 5 nəfər iştirak edir. Təqsirləndirilən şəxslər arasında aktyorun köməkçisi və iki həkim də var.
Xatırladaq ki, Metyu Perri 28 oktyabr 2023-cü ildə 54 yaşında Los Ancelesdəki evində ölü tapılıb.
Günəş Mərd
tag: Dostlar, Ulduz, Mark Çaves ,Aktyor, Perri, todaypress.az,