“Disney” ulduzu məişət zorakılığına görə saxlanıldı
Mədəniyyət
13.08.2024 14:50
Aktrisa və “Disney” televiziyasının ulduzu Skay Cekson məişət zorakılığına görə həbs edilib.
TodayPress xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.
Aktrisa əyləncə kompleksində partnyoru ilə mübahisə edib. Mühafizəçilərin dediyinə görə, Skay Cekson onu bir neçə dəfə vurub. O, hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər mühafizəçilər tərəfindən ərazidə saxlanılıb. Polis bölməsinə aparılan aktrisa, orada bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Skay Cekson Disneyin "Jessie" və "Summer Camp" seriallarındakı uşaq rolları ilə tanınır.
Günəş Mərd
tag: Aktrisa, Disney, Skay Cekson,Zorakılıq,Summer Camp,Jessie, todaypress.az,