"Deadpool and Wolverine"in gəliri 500 milyon dollara çatdı

Mədəniyyət

01.08.2024 05:00

"Deadpool & Wolverine" filminin startı uğurlu alınıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, iki mutantdan bəhs edən film bütün dünya üzrə 26 iyulda baş tutan premyerasından ötən cəmi beş gün ərzində 500 milyon dollar toplayıb.

Gələn həftə filmin gəlirinin milyard dollara çatacağı gözlənilir.

Filmdə baş rolları Rayan Reynolds və Hyu Cekman ifa ediblər.

tag: Deadpool & Wolverine, Mutant, Film, Gəlir, todaypress.az,