Cud Lou “Kreml sehrbazı” filmində Vladimir Putin obrazında çəkilir

Mədəniyyət

28.03.2025 19:05

2187

Britaniyalı aktyor Cud Lou Rusiyanın prezidenti Vladimir Putinin obrazında “Kreml sehrbazı” adlı filmdə rol alıb. 

TodayPress xəbər verir ki, bu barədə URA.RU məlumat yayıb. Filmin çəkilişləri Latviyanın paytaxtı Riqada aparılır. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, filmin yaradıcı heyəti Kremlin rəyini öyrənmək üçün heç bir müraciət etməyib.

“Kreml sehrbazı” filmi yazıçı Culiano da Empolinin eyniadlı romanı əsasında çəkilir.

Ekranlaşdırmanı fransız rejissor və ssenarist Olivye Assayas (“İrma Vep”, “Zils Mariya”, “Şəxsi alış-verişçi”) həyata keçirir.

Filmin süjeti 1990-cı illərdə cərəyan edir. Əsərdə əsas obrazlardan biri – siyasi texnoloq Vadim Baranov (bu rolda Pol Dano çəkilir) gələcəyin Rusiya prezidentinin müşaviri olur.

Filmdə həmçinin Alişiya Vikander, Zak Qalifianakis və Tom Starric də rol alıblar.

Qiymət Mahir

tag: Cud Lou,Vladimir Putin,Film,Kreml sehrbazı,Todaypress.az,