Corc Kluni özünü hərraca çıxardı
Mədəniyyət
15.08.2024 16:40
Aktyor Corc Kluni onunla birgə nahar etmək və tədbirdə iştirak etmək fürsətini hərraca çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Hazırda 32 min dollar dəyərində olan təklifə aktyorla iki nəfərlik şam yeməyi, birgə foto və onun şirkətində özəl sosial tədbirə baş çəkmək daxildir.
Kluni bütün gəlirlərin xeyriyyə təşkilatına gedəcəyini açıqlayıb.
Töhfə Səməd
tag: Corc Kluni, Aktyor, Hərrac,Şam Yeməyi,Sosial Tədbir,