Coli və Pittin oğlu xəstəxanaya yerləşdirildi
Mədəniyyət
30.07.2024 13:00
Məşhur aktrisa Ancelina Coli və aktyor Bred Pittin oğlu Pax Jolie-Pitt kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.
Pax dünən Los-Ancelesdə qəzaya uğrayıb. O, velosipedini avtomobilə çırpıb.
Hadisə yerinə polis əməkdaşları və həkimlər gəlib. Pax xəstəxanaya aparılıb.
Həkimlər onun beyninə yüngül qan sızması ola biləcəyini desələr də, sonradan oğlanın vəziyyətinin stabil olduğu, ona görə də yaxında evə buraxılacağı bildirilib.
Günəş Mərd
tag: Ancelina Coli, Bred Pit, Pax Jolie-Pitt, Xəstəlik, Qəza, Los-Anceles, todaypress.az,