Coli övladları ilə bağlı açıqlama verdi
Mədəniyyət
22.11.2024 18:47
Aktrisa Ancelina Coli həyatında ən vacib dəyərin övladları olduğunu etiraf edib.
TodayPress xəbər verir ki, o, bu barədə “ABC News”a müsahibəsində bildirib.
Yeni filmdə müğənni Mariya Kallas obrazını canlandıran 49 yaşlı sənətçi jurnalistlə söhbətində musiqiyə olan sevgisini analığa olan münasibəti ilə müqayisə edib.
“Bu, həqiqətən ən vacib şeydir. Məndən analıq hissimdən başqa hər şeyi ala bilərsiniz. Başqa şeylər mənim üçün önəmli deyil” Coli deyib.
Qeyd edək ki, keçmiş həyat yoldaşı aktyor Bred Pittlə boşanan Ancelinanın 6 övladı var. Cütlüyün Şilo və Vivyen adlı iki qızı, həmçinin Noks adlı bir oğlu olub. Daha üç nəfər - Zachary, Pax və Maddox evli olarkən ulduz valideynlər tərəfindən himayə altına alınıb.
Günəş Mərd
tag: Coli, Mariya Kallas, Mədəniyyət, Bred Pitt, Şilo, Vivyen, Noks, todaypress.az,