Cin Hekman və həyat yoldaşının ölüm səbəbləri açıqlandı

Mədəniyyət

08.03.2025 19:00

1423

Hollivudun əfsanəvi aktyoru Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın ölüm səbəbi bəlli olub. 

TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.   

Ekspertizanın rəyinə əsasən, 95 yaşlı aktyorun ölümünə ürək-damar xəstəliyi səbəb olub. Hekmanda Alzheimer xəstəliyi də müşahidə olunub və bu, onun sağlamlığına ciddi təsir göstərib.  65 yaşlı Betsi Arakavanın isə hantavirus ağciyər sindromundan öldüyü məlum olub.   

Bu nadir xəstəlik əsasən gəmiricilərlə təmas nəticəsində yoluxur. Araşdırmalara görə, cütlüyün evində gəmirici izləri tapılıb və ehtimal edilir ki, Arakava bu virusa oradan  yoluxub.   

Mütəxəssislərin rəyinə görə, Cin Hekman həyat yoldaşının ölümündən xəbərsiz olub və ya onun üçün yardım çağıracaq vəziyyətdə olmayıb.   

Cütlüyə məxsus Zinna adlı it də eyni ərazidə ölü tapılıb. İtin ölüm səbəbi ilə bağlı araşdırmalar davam edir. 

Türkan İsgəndərli

tag: Cin Hekman,Oskar,Vəfat,Təfərrüat,Todaypress.az,