Ceyms Kemerondan yeni “Avatar” açıqlaması

Mədəniyyət

18.01.2025 19:25

Məşhur rejissor Ceyms Kemeron “Avatar” seriyasının maraqla gözlənilən 3-cü filmi "Avatar: Od və Kül" filmi ilə bağlı yeni açıqlamalar verib.

TodayPress xəbər verir ki, o, bu barədə “20 Minutes” qəzetinə müsahibəsində danışıb. 

Rejissor qeyd edib ki, yeni filmdə naviləri fərqli bucaqdan göstərmək istəyir. Çünki indiyə qədər onların yalnız yaxşı tərəflərini göstərib. 

Qeyd edək ki, "Avatar: Od və Kül" filmi 19 dekabr 2025-ci il tarixində nümayiş olunacaq.

Filmdə tanınmış sənətçilər Sem Uortinqton, Zoe Saldanya, Siqurni Uiver, Stiven Lenq, Coel Devid Mur, CCH Pounder və Ciovanni Ribisi əvvəlki filmlərdəki rollarını canlandırıblar.


Nicat Osman

tag: Mədəniyyət, Film, Avatar, Dünya, Xəbər,todaypress.az,