“Ceyms Bond”un taleyi məlum oldu

Mədəniyyət

02.09.2024 17:27

Britaniya supercasusu Ceyms Bond haqqında Yan Fleminqin romanları əsasında çəkilmiş filmin taleyi məlum olub. 

TodayPress xəbər verir ki, bu barədə “The Times” yazıb.

Nəşr qeyd edir ki, indi Bond filmindən ayrılan Daniel Kreyqi əvəz edə biləcək nə ssenari, nə rejissor, nə də aktyor var. 

Qəzetin hesablamalarına görə, çəkilişlər sabah elan olunsa belə, filmin istehsalı ən azı iki il çəkəcək.

Bəzi mənbələr isə bildirirlər ki, istehsalçılar maliyyə modelindəki dəyişikliklərə görə filmin çəkilişlərini gecikdirirlər.

Qeyd edək ki, ilk Bond filmi 1962-ci ildə ekranlara çıxıb. 

Günəş Mərd

tag: Bond, Film, Daniel Kreyqi, Rejissor, Maliyyə, Ssenari, todaypress.az,