“Ceyms Bond” karyerasını başa vurdu

Mədəniyyət

26.07.2024 16:53

“Əlahəzrətin gizli xidmətində” (On Her Majesty's Secret Service) filmində Ceyms Bond obrazını canlandıran avstraliyalı aktyor Corc Lazenbi aktyorluq sənətini tərk etdiyini açıqlayıb. 

TodayPress xəbər verir ki, məşhur ulduz bu barədə “X” sosial şəbəkəsində yazıb. 

“Bu, asan bir qərar deyildi, amma elan etmək vaxtı gəldi. Bu gündən etibarən artıq filmlərdə oynamayacağam. Qocalmaq heç də əyləncəli deyil” deyə Lazenbi qeyd edib. 

Xatırladaq ki, 84 yaşlı sənətçi umumilikdə 40-dan çox bədii filmi ekranlaşdırıb. 

Günəş Mərd

tag: Ceyms Bond, Sosial, Film, Lazenbi, todaypress.az,