"Ceyms Bond" filminin aktyoru vəfat etdi

Mədəniyyət

16.05.2025 09:50

21

"Ceyms Bond" filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Co Don Beyker 89 yaşında dünyasını dəyişib. 

TodayPress xəbər verir ki, bu barədə "Legacy.com" saytı məlumat yayıb. 

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Co Don Beyker "Hündür gəzinti" (1973) filmindəki çıxışı və "Yaşayan Gün işığı" (1987), "Qızıl Göz" (1995) və "Sabah heç vaxt ölməz" (1997) kimi Ceyms Bond filmlərindəki rolları ilə tanınırdı.

Türkan İsgəndərli

tag: James Bond,Co Don Beyker,Aktyor,Film,todaypress.az,