Cennifer Afflekin soyadından imtina etdi
Mədəniyyət
23.08.2024 16:15
Müğənni və aktrisa Cennifer Lopez boşanma sənədləri ilə birlikdə soyadını da dəyişdirmək üçün ərizə verib.
TodayPress xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.
O, Ben Afflekdən boşandıqdan sonra keçmiş adının - Cennifer Lin Lopezin bərpasını xahiş edib.
Aktrisa indiyədək bütün rəsmi sənədlərdə Cennifer Lin Afflek kimi qeyd edilib.
Ulduz cütlük ayrılıqdan sonra rəsmi olaraq boşanmaq üçün müraciət edib.
Günəş Mərd
tag: Müğənni, Cennifer Lopez, Lin Afflek, Boşanma,Soyad, todaypress.az,