Çəkiliş meydançasında ölümlə üzləşən MƏŞHUR AKTYORLAR

Mədəniyyət

03.06.2024 15:51

Kino sahəsi bir çox aktyor üçün böyük təhlükələr yaradıb.

TodayPress çəkiliş meydançasında ölümlə üz-üzə gələn məşhur aktyorları və onların yaşadıqları çətinlikləri təqdim edir:

1.              Şarliz Teron

Şarliz Teron 2005-ci ildə çəkilmiş “Aeon Flux” döyüş filmində salto atmağa çalışarkən boynu üstə yıxılaraq, ciddi zədə alıb. Aktyorun zədələri səbəbindən çəkilişlər səkkiz həftə dayandırılıb.

2.            Ed Harris

O, “Uçurum” filminin sualtı çəkilişləri zamanı bir neçə dəfə boğulmaq təhlükəsi yaşayıb. Səbəb təhlükəsizlik dalğıcının onu nəfəs tənzimləyicisi ilə vaxtında təmin etməməsi olub.

3.            Martin Şin

Martin Şin 1979-cu ildə “Apocalypse Now” filminin çəkilişləri zamanı həddindən artıq içki və narkotik istifadə etdikdən sonra aktyor heyətinin xəbəri olmadan meşənin ortasında infarkt keçirib. Filmin rejissoru Frensis Ford Koppola isə hadisəyə görə özünü günahkar hiss edib və fepilepsiya tutub.

4.            Ceki Çan

Ceki Çan çəkiliş zamanı çoxlu qəzalar keçirib. Aktyor 1986-cı ildə ləntə alınan "Armour of God" komediyasının çəkiliş meydançasında ağacdan sürüşməyə çalışarkən 25 metr hündürlükdən yıxılıb. Başı daşa dəyən aktyorun kəlləsi sınıb. Ceki dərhal əməliyyat olunub və bu günə qədər onun kəllə sümüyündə plastik tıxacla bağlanan dəlik var.  

5.            Aaron Paul

Aktyor Aaron Paul 2008-ci ildə “Breaking Bad” serialının ilk sezonunun çəkilişi zamanı qayanın üstünə yıxılıb. O, son anda ölümdən xilas olub.

6.            Halle Berri

Aktrisa Halle Berri 2013-cü ildə çəkilmiş "The Call" filminin çəkiliş meydançasında döyüş səhnəsini çəkərkən başını beton döşəməyə çırpıb və huşunu itirib.

7.            Tom Hanks

2000-ci ildə çəkilmiş “Cast Away” filminin çəkiliş meydançasında ayağında kiçik bir hissəsinin kəsilməsindən sonra ölümcül stafilokok infeksiyasına yoluxan Tom Hanks müalicə edilməsəydi, infeksiya ölümcül ola bilərdi.

8.            Tom Kruz

Tom Kruzun "Edge of Tomorrow" filmindəki tərəf müqabili Emili Blant, qatıldığı bir proqramda ikilinin 2014-cü ildə çəkdiyi avtomobil təqibi səhnəsindən danışıb. Blant həmin anları belə xatırlayıb: “Sağ döngəyə yaxınlaşanda Tomun “əyləc, əyləc” dediyini eşitdim, amma çox gecikdim və ağaca çırpdım. Az qala Tom Kruzu öldürəcəkdim”.

9.            Kate Winslet

1997-ci ildə çəkilmiş "Titanik" filminin ən gərgin səhnələrindən birində aktyorlar Kate Winslet və Leonardo DiCaprio nəhəng dalğadan qaçarkən, Winsletin paltarı tora ilişib və onu aşağı sürükləyib. O, xials olunanadək suyun altında qalıb. 

Günəş Mərd

tag: Aktyor, Xarici, Tom Kruz, Aaron Paul, Halle Berii, todaypress.az,