Ceki Çanın yeni fotosu gündəm oldu - FOTO

Mədəniyyət

09.10.2024 19:15

“X” sosial şəbəkəsində Honq-Konqlu aktyor və rejissor Ceki Çanın yeni fotosu yayımlanıb.

TodayPress xəbər verir ki, pərəstişkarları aktyorun yaşlı görünüşünə təəccübləniblər. 

Onlar paylaşıma “Uşaqlığımızın kino qəhrəmanını yaşlı görmək dəlilikdir”, “Ceki Çan kimi aktyor heç vaxt olmayacaq”, “Foto səni qoca göstərir” kimi şərhlər yazıblar. 

Qeyd edək ki, aprel ayında Ceki Çan mətbuat konfransında yeni filmdəki rolu üçün ağarmış saç və saqqalını uzatmalı olduğunu bildirmişdi.

Günəş Mərd

tag: X,Ceki Çan,Şəkil,Uşaqlıq,Xatirə,Foto,todaypress.az,

photo