Cahangir Novruzovdan Millət vəkilinə CAVAB: “Mənə müraciət etsələr...”
“Mənə ölkəyə qayıtmaq barədə müraciət etsələr, Azərbaycana canım qurban”.
Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Cahangir Novruzov bunu TodayPress-ə danışarkən bildirib.
Xalq artisti deyib ki, Azərbaycanın qulluğunda durmağa hər zaman hazırdır:
"Azərbaycana dönməyim barədə mənə təklif gəlməyib. Bu barədə bir şey deməyə mənim mənəvi ixtiyarım yoxdur. Mənə bu barədə müraciət etsələr, Azərbaycana canım qurban. Mən hər zaman demişəm ki, Azərbaycan əsgəriyəm. Gücümə, biliyimə, bacarığıma ehtiyac varsa, Azərbaycanın yanındayam".
Sənətkar əlavə edib ki, uzun illərdir ki, Türkiyədə Azərbaycanı alnı açıq təmsil edib.
Məlumat üçün bildirək ki, Xalq artisti hazırda Türkiyənin Adana şəhərində yerləşən Çukurova Universitetinin Dövlət Konservatoriyasında professor olaraq fəaliyyət göstərir. İncəsənət xadimi 1995-ci ildən Türkiyədə yaşayır və orada Azərbaycan teatr ənənələrini yaşatmağa davam edir.
Qeyd edək ki, Milli Məclisin iclasında deputat Səyyad Aran Cahangir Novruzovun Azərbaycana qaytarılmasını təklif edib.
Türkan İsgəndərli
tag: Azərbaycan,Türkiyə,Cahangir Zeynalov,Milli Məclis,Todaypress.az,