Bu gün "Qoçu Əsgər"in doğum günüdür
Mədəniyyət
19.06.2024 14:55
Bu gün Azərbaycanın teatr və kino sahəsində tanınan məşhur aktyorlarından biri, Azərbaycan SSR xalq artisti Möhsün Sənaninin doğum günüdür. Yaşasaydı Xalq artisti 124-cü yaş gününü qeyd edəcəkdi.
50 il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də səmərəlidir.
Kino sahəsində "Bəxtiyar" (film, 1942), "Bir məhəllədən iki nəfər" (film, 1957), "Bismillah" (film, 1925), "Bizim küçə" (film, 1961), "Dağlarda döyüş" (film, 1967), "Fətəli xan" (film, 1947) və digər filmlərdə rol alıb. Möhsün Sənani Rusiya istehsalı olan "Ulduz" filmində ( rejissor: Aleksandr İvanov, Lenfilm, 1949) də çəkilib.
Qeyd edək ki, M.Sənani aktyor Əli Qurbanovun xalası oğlu, film səsləndirən, aktrisa Ofeliya Sənaninin qayınatasıdır.(oxu.az)
tag: Aktyor, Qoçu Əsgər, Möhsün Sənani, Doğum Günü, Xalq Artisti, todaypress.az,