BTS ulduzu Yay Olimpiya Oyunlarında məşəldar olacaq
Mədəniyyət
03.07.2024 08:00
Cənubi Koreyalı pop musiqi
qrupu olan BTS-in ulduzu Çin (Kim Sok-cin) 2024-cü ildə Parisdə keçiriləcək Yay
Olimpiya Oyunlarında məşəldar olacaq.
TodayPress xəbər verir
ki, Cənubi Koreyanın bir sıra xəbər agentlikləri məlumatı təsdiqləyib.
İfaçı tezliklə Fransaya səfər
edəcək. Onun iştirakının dəqiq yeri və qrafiki açıqlanmayıb.
Xatırladaq ki, 31 yaşlı Çin
keçən ay Cənubi Koreyada məcburi hərbi xidmətini başa vuraraq vətəninə geri dönən
ilk BTS üzvü oldu. 2022-ci ilin dekabrında hərbi xidmətə gedəndən bəri o,
şou-bizneslə məşğul olmayıb.
tag: BTS, Paris-2024, todaypress.az,Kim Sok-cin,Olimpiya,