Britni Spirs 3-cü dəfə boşandı
Mədəniyyət
03.12.2024 15:33
Los-Anceles məhkəməsi müğənni Britni Spirs ilə Sem Asqari arasında boşanma prosesini dekabrın 2-də, sənətçinin 43-cü doğum günündə başa çatdırıb.
TodayPress xəbər verir ki, bu barədə “People” məlumat yayıb.
Cütlüyün boşanma prosesi yeddi ay davam edib. Onlar 2023-cü ilin iyul ayının sonunda, toylarından 13 ay sonra ayrılma qərarı alıb.
Boşanmanın əsas səbəbi kimi fikir ayrılıqları göstərilib. Asqarinin yaxınları iddia edirdilər ki, o, xəyanətlərdən, dava-dalaşdan bezib. Belə ki, son münaqişə zamanı Spirsın sevgilisini balta ilə təqib etdiyi xəbərləri yayılmışdı.
Qeyd edək ki, Asqari müğənninin üçüncü evliliyidir. 2004-cü ildə jurnalist Jason Aleksander ilə evlənən Spirs, cəmi 55 saat evli qalıb. Müğənninin ikinci əri isə rəqqas Kevin Federlayn olub. Onlar 2004-cü ildə evlənib, 2007-ci ildə boşanıblar. Cütlüyün 19 yaşlı Şon Preston və 18 yaşlı Ceyden Ceyms adlı iki oğlu var.
Töhfə Səməd
tag: Müğənni, Boşanma, Asqari,Britni Spirs,todaypress.az,