Britaniyalı müğənni vəfat etdi

Mədəniyyət

24.02.2025 09:54

932

Məşhur britaniyalı folk müğənnisi Bill Fey fevralın 22-də vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə onun musiqi yayımlayıcı şirkəti “Dead Oceans” məlumat yayıb.

Şirkətin açıqlamasına görə, Fey ölümündən cəmi bir ay əvvəl yeni albomu üzərində işləməyə başlamışdı. “Dead Oceans” bu layihəni tamamlayaraq yayımlamağa ümid etdiklərini bildirib.

Bill Fey 1943-cü ilin sentyabr ayında Londonda doğulub. O, Uelsdə elektronika üzrə təhsil alıb və məhz bu dövrdə fortepiano və hormanium üçün mahnılar yazmağa başlayıb. Musiqi karyerasına 1967-ci ildə start verən Fey “The Healing Day” və “Thank You Lord” kimi məşhur mahnıların müəllifi olub. Onun “Be Not So Fearful” mahnısı isə AC Newman tərəfindən ifa edilərək “The Walking Dead” serialında səsləndirilib.

Qiymət Mahir

tag: Britaniya,Müğənni,Folk,Bill Fey,Vəfat,