Brendan Freyzerin yeni rolu bəlli oldu

Mədəniyyət

24.07.2024 16:56

"Balina" (The Whale) filmindəki performansına görə, “Oskar” mükafatına layiq görülən amerikalı aktyor Brendan Freyzerin yeni rolu bəlli olub.

TodayPress xəbər verir ki, 55 yaşlı aktyor "Təzyiq" (Pressure) filminə dəvət alıb. 

Entoni Marasın rejissorluq etdiyi ekran əsərinin çəkilişləri sentyabrda İngiltərədə başlayacaq.

Qeyd edək ki, filmdə BAFTA mükafatlı aktyor Endryu Skott da rol alacaq. 

Günəş Mərd

tag: Brendan, Freyzer, Balina, Oskar, BAFTA, todaypress.az,