Bred Pittin "Formula 1" filminin nümayiş tarixi bəlli oldu

Mədəniyyət

22.06.2024 21:20

Hollivudun məşhur aktyorlarından olan Bred Pittin baş rol oynadığı “Formula 1” filminin nümayiş tarixi açıqlanıb.

TodayPress xəbər verir ki, məşhur aktyor Bred Pitt yeni “Formula 1” filmi ilə böyük ekrana qayıdır.

Rejissor Cozef Kosinskinin çəkdiyi filmin nümayişinin 2025- ci il iyunun 27-də baş tutacağı bildirilib.

Filmdə Pitt 30 ildən sonra trasa qayıdan Sonni Hayes adlı Formula 1 pilotunu canlandıracaq.

Filmin rejissoru Cozef Kosinski Tron, Oblivion və Top Gundur.

Filmdə Pitti Kerry Condon, Javier Bardem, Tobias Menzies, Sarah Niles, Kim Bodnia və Samson Kayo kimi məşhur aktyorlar rol alıb.

 GÜNEL

tag: Bred Pitt, Hollivud, Formula 1, Rejissor, todaypress.az,