Bred Pittdən qızı ilə bağlı açıqlama
Hollivud aktyoru Bred Pitt qızı Şilonun onun soyadından imtina etməsinə münasibət bildirib.
TodayPress xəbər verir ki, bu barədə “People” məlumat yayıb.
Məlumata görə, Bred Pit Şilonun bu qərarından əsəbiləşib. Hər zaman qızının olmasını arzulayan aktyor indi onunla görüşə bilmədiyi üçün özünü pis hiss edir. Övladları ilə münasibətlərinin korlanması onu incidir. Qeyd edək ki, 18 yaşlı Şilo bu yaxınlarda atasının soyadından imtina etmək üçün vəkil tutub.
Xatırladaq ki, Bred Pitt və aktrisa Ancelina Coli 2019-cu ildə rəsmi şəkildə ayrılıblar. Bred Pittin altı övladı var. Onlardan yalnız üçü - Şilo, Knox və Vivyen - Ancelina və Bred Pittin bioloji övladlarıdır və onların hamısı əvvəlcə Coli-Pitt soyadını daşıyırdı.
Günəş Mərd
tag: Bred Pitt, Hollivud, Şilo, Ancelina Coli, todaypress.az,