Bred Pitt Ancelina Coliyə görə nişanlısına ağır şərtlər qoydu
Mədəniyyət
20.01.2025 16:40
Bred Pitt nişanlısı İnes de Ramonla nikahdan əvvəl şərtləri sərt formada qoyulmuş razılaşmaya imza atmağı təklif edib.
TodayPress xəbər verir ki, bu barədə "In Touch" portalı insayderlərə istinadən məlumat yayıb.
"Döyüş Klubu" ulduzuna yaxın bir mənbənin sözlərinə görə, aktyor İnesdən evlilik müqaviləsi imzalamasını tələb etsə də, qız buna qəti imtina edib. Bu vəziyyət qarşıdan gələn toyu təhlükəyə atıb.
“İnes öz hüquqlarını qurban vermək istəmir, ona görə də mövzu həssaslaşıb. O, Bredin Ancelinaya görə çətin bir boşanma yaşadığını başa düşür, lakin hesab edir ki, bunun əvəzi ondan çıxılmamalıdır” deyə insayder bildirib.
Qeyd edək ki, Bred Pit Ancelina Coli ilə nikahdan əvvəl müqavilə bağlayıb, lakin bu, onu keçmiş həyat yoldaşı ilə məhkəməyə getməkdən xilas etməyib. Hazırda Bred sevgilisinə təzyiq etmək istəmədiyi üçün evlilik məsələsi təxirə salınıb.
Töhfə Səməd
tag: Bred Pit, İnes,Mədəniyyət,Hollivud, Ancelina Coli,