Bob Dilan sevənlərə pis xəbər

Mədəniyyət

18.07.2024 17:50

Musiqinin canlı əfsanələrindən olan Bob Dilan Avropa turnesi çərçivəsində konsert verməyə hazırlaşır. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, 83 yaşlı müğənni dinləyicilərinin konsertlərinə telefon gətirməsinə qadağa qoyub.

Konsertə gələnlərdən telefonlar alınacaq və tədbir bitənədək telefonlar sahiblərinə qaytarılmayacaq. Müğənninin bu qərarı fanatları tərəfindən etirazla qarşılanıb. 

Qeyd edək ki, Dilan 10 “Qremmi” mükafatı qazanıb və 38 dəfə “Qremmi” mükafatına namizəd olub.

Günəş Mərd

tag: Bob Dilan, Mükafat, Qremmi, Namizəd, todaypress.az,