“Billboard” 21-ci əsrin ən yaxşı qadın sənətçisinin adını açıqladı

Mədəniyyət

10.01.2025 19:05

Amerikalı müğənni Teylor Svift nüfuzlu “Billboard” nəşrinin versiyasına görə, “XXI əsrin ən yaxşı sənətçiləri” reytinqində birinci yeri tutub. 

TodayPress xəbər verir ki, siyahı jurnalın saytında dərc olunub. Svift müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Drake və Rihanna kimi sənətçiləri qabaqlayaraq reytinqə başçılıq edir.

Jurnal bu zirvə ilə nəşrin “Svift erası” adlandırdığı 21-ci əsrin ilk 25-liyinə yekun vurub.

Reytinq tərtib edilərkən ifaçıların “Billboard Hot 100” və “Billboard 200” cədvəllərindəki uğurları nəzərə alınıb.

Teylorun karyerası boyunca onun albomları 14 dəfə “Billboard 200” siyahısında birinci olub ki, bununla da o, tarixdə bu sahə üzrə ən çox uğur qazanmış müğənni olub.

Onun 12 mahnısı “Hot 100”də bir nömrəyə çatıb.

Töhfə Səməd

tag: Svift,Mahnı,Sənətçi,Billboard,Todaypress.az,