Beynəlxalq incəsənət satışları 12 faiz azaldı
2024-cü ildə beynəlxalq incəsənət bazarında satışlar 12 faiz azalıb.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” "Art Basel" və "UBS Global Art Market Report"a istinadən məlumat yayıb.
Məlum olub ki, azalma artıq ikinci ildir ki, müşahidə olunur. Buna geosiyasi gərginlik və iqtisadi qeyri-sabitlik öz təsirini göstərir.
10 milyon dollardan çox gəlir gətirən əsərlərin fərdi auksion satışları 39 faiz, 10 milyon dollardan çox olan qalereya satışları isə 9 faiz azalıb.
Qeyd olunur ki, satışlar 2014-cü ildə pik həddə çatıb, o zaman məbləğ 68,2 milyard dollar olub.
Töhfə Səməd
tag: İncəsənət,Mədəniyyət,Bazar,Satış,Azalma,Todaypress.az,