Bəstəkar Gennadi Banşçikov vəfat etdi
Keçmiş Sovet İttifaqının tanınmış bəstəkarı Gennadi Banşçikov vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə Sankt-Peterburq Bəstəkarlar İttifaqı rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
Banşçikov uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.
Gennadi Banşçikov 1943-cü il noyabrın 9-da Kazanda anadan olub. O, Moskva Konservatoriyasında təhsil alıb və 1967-ci ildə SSRİ Bəstəkarlar İttifaqına qəbul edilib.
Bəstəkar 1974-cü ildən Leninqrad Konservatoriyasında dərs deyib.
1991-ci ildə Əməkdar artist adını alan bəstəkar 2004-cü ildə "Dostluq" ordeni ilə təltif edilib.
O, bir neçə baletlə yanaşı, “Yer üzündə məni gözləyirlər”, “Leonidas haqqında mif” və “Qızıl üzük, qırmızı qızılgül buketi” filmlərinə musiqi yazıb.
Əsərlərinə həmçinin “Ağıldan vay” operası, “Kəllə kraliçası” baleti, “Memarlar” və “Yaradan” kantataları da daxildir.
Nicat Osman
tag: Bəstəkar,Gennadi Banşçikov,