Balet ustası Tamilla Şirəliyeva vəfat etdi

Mədəniyyət

12.03.2025 11:50

1326

Balet ustası Tamilla Şirəliyeva vəfat etdi  Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə  Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktor müavini Fərid İbrahimov məlumat verib.

O bildirib ki, T.Şirəliyeva uzun zamandır şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Son vaxtlar böyrəklərində problem yaranan balet ustası əməliyyat olunub.

O bu gün səhər beyninə qan sızandan sonra vəfat edib. Qeyd edək ki, Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. (APA) 

tag: Balet,Tamilla Şirəliyeva, Azərbaycan SSR Xalq artisti,79 yaş,Todaypress.az,