Bakıda “Miqrant Ürək” adlı sərgi keçirilir – FOTOLAR

Mədəniyyət

18.02.2025 16:52

2830

Azərbaycanda fəaliyyət göstərən Meksiya Səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə “Miqrant Ürək” adlı sərgi keçirilib. 

TodayPress məlumat verir ki, sərgi ABŞ-də yaşayan 26 meksikalı və meksikalı-amerikalı rəssamın 40 əsərindən ibarətdir.

Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri, sərginin muzeydə kurasiya işini həyata keçirən Zümrüd İsmayılova sərgi ilə bağlı TodayPress-ə danışarkən qeyd edib ki, hazırkı sərgi Azərbaycandan əvvəl ABŞ-nin bir çox şəhərlərində keçirilib: 

“Sərgi əvvəl Los-Anceles, Çikaqo, Dallas, Hyuston, Mayami və Nyu-York kimi iri şəhərlərdə ictimaiyyətə təqdim olunub. Hazırda Milli Azərbaycan Tarixi Muzeyində nümayiş olunur. Miqrasiya mövzusuna toxunulan sərgidə Meksikanın mədəni-məişət həyatı da ictimaiyyətə təqdim olunur”. 

Z.İsmayılova sərginin ödənişsiz olduğunu və açılışdan sonra 5 gün ərzində ictimaiyyətə təqdim olunacağını vurğulayıb.

Qeyd edək ki, sərgidən sonra əsərlər Meksikaya geri qaytarılacaq. 

Qiymət Mahir

tag: Bakı ,Sərgi,Miqrant ürək,Meksika,ABŞ ,Todaypress.az,

photo
photo
photo
photo
photo