Azərbaycanlı rejissorun filmi dünya premyerasında
Fevralın 15-də Berlin Film Festivalının Forum bölməsində azərbaycanlı rejissor Elmar İmanovun “Çəyirtkənin öpüşü” filminin dünya premyerası baş tutacaq.
TodayPress xəbər verir ki, bu barədə “Film Fund Luxembourg” məlumat yayıb.
Festival proqramına əsasən film bir neçə dəfə - 16, 17, 23 fevral tarixlərində də nümayiş olunacaq.
İstehsalında dünyanın müxtəlif yerlərindən 700-dən çox nümayəndənin iştirak etdiyi ekran əsəri Almaniya, İtaliya və Lüksemburqun ortaq istehsalıdır.
Filmdə əməkdar artist Rasim Cəfər də rol alıb.
Xatırladaq ki, Almaniyada yaşayan Elmar İmanov Azərbaycanda çəkdiyi "Tabutçunun yelləncəyi" filmi ilə “Tələbə Oskarı” mükafatında “Xarici film” nominasiyası üzrə bürünc medal qazanıb. "Mövsümün sonu" filmi isə nüfuzlu Rotterdam Film Festivalında mükafata layiq görülüb.
Nicat Osman
tag: Berlin Film Festivalı,Rejissor,Elmar İmanov,Premyera,Todaypress.az,