Azərbaycanlı müğənni İranda konsert verdi
Mədəniyyət
02.06.2024 09:45
İran prezidenti İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olduğu helikopter qəzasından sonra Tehranda ilk dəfə konsert verilib.
TodayPress xəbər verir ki, əslən azərbaycanlı olan müğənni Rəhim Şəhriyari Tehranda Beynəlxalq Ekspo Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycan və Türk musiqiləri ifa edən Şəhriyari, helikopter qəzasında həlak olan Rəisi və onu müşaiyət edən nümayəndə heyəti üçün mərsiyə oxuyub.
Tamaşaçılarla xatirələrini bölüşən sənətçi 30 il əvvəl Tehrana oxmağa gəldiyini və Naziabad bölgəsində toylarda Azərbaycan və Türk mahnıları ifa etdiyini deyib. Şəhriyari səhnəyə çıxdığı il illərdən bəri Azərbaycan xalq və klassik musiqisini yaşatmağa çalışdığını deyib. Dünyanın bir çox ölkələrində konsertlər verdiyini deyən sənətçi, ömür vəfa etdiyi qədər Azərbaycan və Türk musiqilərini səsləndirməyə davam edəcəyini bildirib.
Günel
tag: İran, Tehran,Beynəlxalq Ekspo Mərkəz, İbrahim Rəisi ,todaypress.az,