Azərbaycanın milli geyimləri Britaniyada nümayiş etdirilib
Mədəniyyət
28.05.2024 17:04
Böyük Britaniyanın Şeffild şəhərində keçirilən beynəlxalq mədəniyyət moda həftəsində (Cultural Style week) Azərbaycan milli geyimləri nümayiş etdirilib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Şou Azərbaycan rəqs və musiqi qrupunun rəhbəri Səkinə Muxtarlının təşəbbüsü ilə baş tutub. Şeffild şəhər Şurası ilə Mədəni Moda və İncəsənət Assosiasiyasının dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib”, - paylaşımda qeyd edilib.
tag: Böyük Britaniya,Cultural Style week, Milli geyimlər, Mədəniyyət, todaypress.az,