Ayxan Əliyev: “Cənnət və cəhənnəm insanın ruhunun içindədir” - Müsahibə
Ayxan Əliyev Azərbaycan yazıçısı, Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü və 2024-cü ildən Prezident mükafatı laureatıdır. Onun kitabları dünyanın ən böyük kitab satış şəbəkələrində, o cümlədən “Barnes & Noble”, “Kinokuniya”, “Zeenoble”, “Kindle” və “Amazon” platformalarında çap olunur, həmçinin satışa çıxarılır.
Ayxan öz əsərləri ilə insanları xeyirxahlığa və ümidə ruhlandırmağı hədəfləyir və yaradıcılığı təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanınmaqdadır.
TodayPress Azərbaycan yazıçısı, Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü və Prezident mükafatı laureatı Ayxan Əliyevin müsahibəsini təqdim edir.
— Ayxan, ədəbi yolunuz necə başladı?
— Ədəbi fəaliyyətim ana dilimdə yazdığım ilk şeir olan “Ana Dili” ilə IX sinifdə başladı. O zaman başa düşdüm ki, yazmaq sadəcə bir hobbi deyil, yolumdur. Daha sonra “Sandalçı. Tale” adlı ilk kitabımı nəşr etdirdim. Kitab Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mərhum naziri Azad Rəhimovun rəhbərliyi ilə dəstəklənmişdi. O zaman anladım ki, ədəbiyyat yalnız sənət deyil, həm də bir missiyadır.
— Hansı mərhələlər sizin üçün xüsusilə önəmli oldu?
— 2015-ci ildə xeyriyyə təşəbbüsü çərçivəsində “24 Saat” adlı kitabımı nəşr etdirdim. 2021-ci ildə isə “Suyun Külü” (“The Ash Of The Water”) adlı əsərim işıq üzü gördü. Bu kitabın üz qabığını məşhur ərəb aktrisası Ceni Esber bəzədi. Bu layihə yaradıcılığımda yeni bir mərhələ açdı və yazı üslubuma mühüm təsir göstərdi.
— Kitablarınızın beynəlxalq tanınması necə baş verdi?
— 2024-cü ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət və Gənclər Nazirliyi mənə dünya ədəbiyyatına töhfəmi təsdiqləyən lisenziya və sertifikat təqdim etdi. Bu mühüm addım oldu və ardından kitablarım “Kinokuniya”, “Barnes & Noble”, “Zeenoble” şəbəkələrində, eləcə də “Amazon” və “Kindle” platformalarında satışa çıxarıldı. Hazırda əsərlərim BƏƏ, ABŞ və Azərbaycanda satılır.
— Hazırda karyeranızda hansı əlamətdar hadisələr baş verir?
— Mayın 8-də ABŞ-nin Stanford Universitetində “Suyun Külü” (“The Ash Of The Water”) kitabımın “Hope For Paws” adlı xeyriyyə təqdimatı keçiriləcək. Bu tədbir yaradıcılığımın tanıdılması və xeyirxah təşəbbüslərə dəstək baxımından önəmli olacaq. Bundan başqa, dünəndən etibarən kitabım dünyanın ən böyük kitab sərgilərindən biri olan Abu Dabi Kitab Sərgisində nümayiş olunur.
— Gələcək planlarınız nələrdir?
— Yeni layihələr üzərində işləməyə davam edirəm və beynəlxalq ədəbi səhnədə mövqeyimi daha da möhkəmləndirməyi qarşıma məqsəd qoymuşam. Arzum budur ki, kitablarım dünyanın müxtəlif guşələrində insanlara ilham versin, ən çətin vəziyyətlərdə belə ümid və işıq axtarmağa kömək etsin.
— Siz həm də vətənpərvərliyinizlə tanınırsınız. Sizin üçün vətən sevgisi nə deməkdir?
tag: Ayxan Əliyev,ABŞ,Yazıçı,AYB,todaypress.az,
