AYB poeziya müsabiqəsinin qaliblərini mükafatlandırdı

Mədəniyyət

10.06.2024 19:15

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 85 illiyinə həsr edilmiş poeziya müsabiqəsinin qalibləri mükafatlandırılıb.

TodayPress xəbər verir ki, AYB-nin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü, “Ulduz” jurnalı və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 35 yaşa qədər qələm adamları iştirak edib.

Tədbirdə ədəbiyyat xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

AYB-nin katibi, şair Səlim Babullaoğlunun rəhbərlik etdiyi müsabiqənin münsiflər heyətində tənqidçi Seyfəddin Hüseynli, filoloq Günay Səma Şirvan, şair Taleh Mansur və yazıçı Varis yer alıb.

Müsabiqədə birinci yerə Cavid Qasımov, ikinci yerə Rəşad Nağı Mustafa, Allahşükür Ağa, üçüncü yerə isə Eminquey, Seyyidəli Sübhi, El Roman layiq görülüblər. Onlar pul mükafatı və diplomla mükafatlandırılıblar.

Sonda qaliblər öz şeirlərini səsləndiriblər.

GÜNEL

tag: AYB, Poeziya müsabiqəsi, Xalq yazıçısı, Anar, Vaqif Səmədoğlu, todaypress.az,