“Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçiminə başlanılır
Mədəniyyət
03.08.2024 22:40
“Avroviziya” beynəlxalq mahnı
müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio
Yayımları İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi
təmsil edəcək ifaçı və mahnı seçimini elan edir.
TodayPress xəbər
verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz
müraciətlərini sentyabr ayının 15-nə qədər [email protected]
elektron ünvanına göndərə bilər.
Göndəriləcək mahnılar tam
hazır (sözlər, ifa, xronometraj) və “Avroviziya” mahnı müsabiqəsinin
qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən,
mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2024-cü il sentyabrın
1-dən əvvəl kommersiya məqsədilə buraxılmamalı, ictimai resurslarda və mediada
(televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə
iştirak edəcək hər kəs özü haqqında qısa məlumatları da mütləq şəkildə təqdim
etməlidir.
Göstərilən tələblərə cavab
verməyən müraciətlər etibarlı sayılmayacaq.
Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.
tag: Avroviziya-2025, Musiqi, Yarış,İsveçrə, todaypress.az,