ATV-də 4 verilişin yayımı dayandırılır

Mədəniyyət

28.06.2024 22:50

ATV ötən gündən başlayaraq proqramları ilə bu mövsümlük vidalaşır.

TodayPress xəbər verir ki, dünən "El canlı" verilişi sezon finalı edib.

Həftəiçi 5 gün yayımlanan "Rəngarəng səhər" də artıq ekrana gəlməyəcək. Aparıcı Zaur Nəbioğlu bildirib ki, onlar final edib. Yeni sezonda başqa veriliş yayımlanacaq.

Bu gün "Günaylı gün" proqramı da efirə bir müddətlik ara verəcək.

Hər axşam yayımlanan "7 tamam" proqramı da sezon finalı edəcək. Yeni mövsümdə Nanə Ağamalıyevanın başqa proqramla, yoxsa bu layihə ilə ekrana çıxıb-çıxmamağı sual altındadır. (olay.az)

tag: ATV, Nanə Ağamalıyeva, Zaur Nəbioğlu, Aparıcı, todaypress.az,