“Atabəylər”dən xəbər var - Açıqlama
Mədəniyyət
04.06.2024 15:36
“Hazırda “Atabəylər” serialının keyfiyyətinin daha da artırılması üçün bəzi işlər görülür”.
Bu barədə AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi, mətbuat katibi Rüfət Seyidov serialla bağlı TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, serialın nə vaxt yayımlanacağı hələ ki, müəyyənləşməyib:
“Bu yaradıcı işdir və proses gedir, nə vaxt bitəcəyi isə məlum deyil”.
Xatırladaq ki, daha öncə ekran işinin ötən ilin sentyabrında yayımlanacağı bildirilmişdi.
Günəş Mərd
tag: Atabəylər, Rüfət Seyidov,Serial, Xəbər, todaypress.az,