Arif Quliyevin xanımı vəfat etdi
Mədəniyyət
27.06.2024 16:29
Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.
TodayPress xəbər verir ki, G.Quliyeva bu gün dünyasını dəyişib.
Məlumatı aktyorun oğlu Rövşən Quliyev təsdiqləyib. O, bildirib ki, anası bu gün günorta dəfn edilib:
“Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik”.
Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. (axşam.az)
tag: Arif Quliyev, Xanımı, Gülzar Quliyeva, Vəfat, Xəstəlik, todaypress.az,