“Appian yolu” Ümumdünya İrs Siyahısına əlavə edildi

Mədəniyyət

27.07.2024 17:10

İtaliyadakı qədim Appian yolu Ümumdünya İrs Siyahısına daxil edilib. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Müvafiq qərar təşkilatın Ümumdünya İrs Komitəsinin Nyu-Dehlidə keçirilən sessiyasında qəbul edilib.

Appian Yolu Qədim Romanın dövründə (e.ə. 312) tikilib və onu inşa edən hökmdar Appius Klaudi Kaekusun şərəfinə adlandırılıb. Romalılar mühüm ticari və strateji əhəmiyyətə malik Appian yolunu “yolların kraliçası” adlandırırdılar. Yol boyunca qəbirüstü abidələr, qurbangahlar, tanınmış şəxslərin, həmçinin Roma hərbi və dövlət xadimlərinin məqbərələri olub. 

Qeyd edək ki, İtaliya Dünya İrs Siyahısına daxil edilmiş attraksionların və tarixi artefaktların sayına görə hazırda liderdir. 

Töhfə Səməd

tag: Appian , Roma, İrs, İtaliya, Nyu-Dehli, todaypress.az,