Ani Lorak evlilik təklifi aldı
Mədəniyyət
28.09.2024 13:10
Məşhur müğənni Ani Lorak 46 yaşında gəlinlik paltarı geyinəcək.
TodayPress xəbər verir ki, Lorak sevgilisi İsaak Vicarudan evlilik təklifi alıb. Bu barədə “Arqumentı i faktı” məlumat yayıb.
Qeyd olunur ki, Vicaru həmin anın videosunu sosial şəbəkələrində yerləşdirib. O, diz çöküb üzük qutusunu ona uzadıb, Lorak “bəli” deyib.
Qəzet onu da əlavə edib ki, Vicarunun 48 yaşı var. O, terapevt, yoqa təlimatçısıdır. Onun əvvəlki münasibətdən bir oğlu və bir qızı var. Lorak bir qız böyüdür. Əlavə edilir ki, o, "Cənab İspaniya" milli gözəllik müsabiqəsinin qalibi olub.
tag: Müğənni ,Ani Lorak, Gəlinlik ,Vicaru, İspaniya ,Gözəllik Müsabiqəsi, todaypress.az,