Ancelina Coli yeni görkəmdə

Mədəniyyət

21.09.2024 15:10

Hollivud aktrisası Ancelina Coli “CR Fashion Book” jurnalının yeni sayının siması olub. 

TodayPress “TMZ”yə istinadən xəbər verir ki, aktrisa jurnaldakı yeni fololarını “Instagram” hesabında izləyiciləri ilə bölüşüb. 

49 yaşlı Coli çəkiliş üçün imicini də dəyişdirib. Saçlarına həcmli qıvrımlar etdirib. O, həmçinin cəsarətli göz makiyajı edib. 

Sənətçinin yeni görkəmi pərəstişkarları tərəfindən maraqla qarşılanıb.

Günəş Mərd

tag: Ancelina Coli ,Fashion Book, Jurnal ,Yeni Sima ,İmic, todaypress.az,