Ancelina Coli ilk dəfə Bred Pittdən boşanmasından danışdı

Mədəniyyət

31.08.2024 16:36

2533

Hollivud aktrisası Ancelina Coli ilk dəfə həyat yoldaşı aktyor Bred Pittdən boşanmasından danışıb.

TodayPress xəbər verir ki, o bu barədə “The Hollywood Reporter” nəşrinə danışıb.

Ulduz Bred Pittdən boşanması ilə bağlı verilən suala belə cavab verib:

“Hər şey gizli şəkildə baş verdi. Hollivudda boşanmaq daha asandır”. 

Colidən Pittdən boşanmasının təfərrüatlarını müzakirə etməyə hazır olub-olmadığını soruşduqda, o, bundan imtina edib.

Qeyd edək ki, Coli və Pittin altı övladı var. Hollivud ulduzları 2019-cu ildə boşanıblar. 

Günəş Mərd

tag: Ancelina Coli, Bred Pitt,Hollivud, Boşanma ,Müzakirə ,todaypress.az,