Anatoli Aleksinin anadan olmasının 100 ili tamam olur
Mədəniyyət
04.08.2024 06:35
Avqustun 3-də nasir və
dramaturq, uşaq və gənclər ədəbiyyatının klassiki, bir çox ədəbi mükafatlar
laureatı Anatoli Georgiyeviç Aleksinin anadan olmasının 100 ili tamam olur.
TodayPress Rusiya
mətbuatına istinadla xəbər verir ki, onun yaradıcılığı həm Rusiyada, həm də
onun hüdudlarından kənarda geniş tanınır.
UNESCO-nun məlumatına görə,
Anatoli Aleksin Mark Tven və Alan Miln ilə birlikdə ən yaxşı uşaq yazıçılarının
ilk üçlüyünü təşkil edir.
Onun kitabları ilə bir çox
sovet məktəbli nəsli böyüyüb. “Povest və hekayələrimin baş qəhrəmanı həmişə ailə
olub, çünki bəşəriyyət ailələrdən ibarətdir. Bütün problemlər ailədən keçir - mənəvi,
sosial, iqtisadi, siyasi” deyə Anatoli Aleksin qeyd edib.
Anatoli Aleksin (əsl adı
Goberman) 1924-cü il avqustun 3-də Moskvada anadan olub.
Böyük Vətən Müharibəsi illərində
Anatoli zavodda çap qəzetinə rəhbərlik edirdi, müharibə başa çatandan sonra ölkənin
ən nüfuzlu institutlarından birinə - Moskva Şərqşünaslıq İnstitutuna qəbul
olur. Onun ilk çap əsərləri də eyni dövrə təsadüf edir.
Tezliklə Anatoli Aleksin ölkədə
ən çox tanınan müəlliflərdən birinə çevrilir, uşaqlar və böyüklərlə görüşdüyü
oxucu konfranslarında iştirak edir.
Yazıçının bu gün də
aktuallığını itirməyən bir çox əsərləri ekranlaşdırılıb.
Aleksinin kitabları dünyanın
48 dilində nəşr olunub, onların tirajı 120 milyon nüsxəni keçib. 1993-cü ildə
Aleksin İsrailə köçür, 2011-ci ildən Lüksemburqda yaşayıb yazmağa davam edir.
Uşaq ədəbiyyatının klassiki
Anatoli Georgiyeviç Aleksin 2017-ci il mayın 1-də Lüksemburqda 93 yaşında vəfat
edib.
tag: Anatoli Aleksinin, 100 il, Uşaq ədəbiyyatı, UNESCO, todaypress.az,