Amerikalı reper saxlanıldı
Mədəniyyət
29.08.2024 04:15
Amerikalı reper Lil Beybi
qanunsuz silah saxlamaqda şübhəli bilinərək Las-Veqasda saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.
Bildirilib ki, reper avqustun 26-da gecə saxlanılıb.
Musiqiçinin vəkilərinin sözlərinə görə, reperin silah daşımasına icazəsi var.
Lil Beybi hələ rəsmi olaraq cinayətdə ittiham olunmayıb. Məhkəmə protokollarına əsasən, reper girov ödədikdən sonra sərbəst buraxılıb.
tag: Reper, Amerika,Lil Beybi,Silah,DİN,todaypress.az,