Almaniyada Donbass haqqında film nümayiş olunacaq
Almaniyada Donbassda baş verən hadisələrdən bəhs edən "Baxmayaraq" (almanca “Trotz”) adlı sənədli filmin nümayişi keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə Almaniya üçün Alternativ Partiyasının keçmiş deputatı Olqa Petersen bildirib.
Onun sözlərinə görə, film nümayişi 2024-cü il aprelin 24-də baş tutacaq.
Petersen əlavə edib ki, kino Almaniya xalqına Donbassdakı hadisələrlə bağlı həqiqətləri çatdırmaq məqsədi güdür.
Qeyd edək ki, Donbass müharibəsi 2014-cü ilin aprel ayında Ukraynanın cənub-şərqində rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında baş verib.
Türkan İsgəndərli
tag: Almaniya,Film,Nümayiş,Donbass,Todaypress.az,