Alla Puqaçova həbs oluna bilər

Mədəniyyət

11.07.2024 16:18

2237

SSRİ Xalq artisti Alla Puqaçovanın sosial şəbəkə paylaşımında, Rusiya Silahlı Qüvvələrini gözdən salan elementlər aşkar edilərsə, o, beş ilədək müddətə azadlıqdan məhrum edilməklə cinayət məsuliyyətinə cəlb oluna bilər. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov məlumat verib.

“Məlum olduğu kimi, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məhz bununla məşğuldurlar. Bu, 5 ilə qədər həbslə nəticələnə bilər” deyə Juravlyov bildirib.

Qeyd edək ki, Puqaçova Rusiya ordusunun iyulun 9-da Kiyevə raket hücumuna cavab olaraq sosial şəbəkələrdə “Allah səbirlidir, amma hər şeyin ölçüsü və həddi var” yazısını paylaşıb. O, əlində qan içində uşaq olan qadının fotosunu da yayıb. Məsələ Rusiya hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. 

Günəş Mərd

tag: Alla Puqaçova, SSRİ, Xalq Artisti, Rusiya,Aleksey Juravlyov, todaypress.az,