"Alına yazılanlar, kağıza yazılanlar" Qırğızıstanda

Mədəniyyət

11.06.2024 11:30

2591

Qırğızıstanda yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin "Alına yazılanlar, kağıza yazılanlar" adlı hekayələr kitabının təqdimatı olub. 

TodayPress xəbər verir ki, kitabın qırğız dilinə tərcüməçisi, tərtibçisi və naşiri “Yanqi Ovoz”  Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyinin sədri, tanınmış qırğız yazıçısı Joldaşbek Monoldarovdur. 

Təqdimat İssıkkulda (Çolpan Ata şəhəri) keçirilən Doqquzuncu Çukurova Uluslararası Türk Dünyası Ədəbiyyatı və Musiqisi festivalı, eyni zamanda, Qara Qırğız Muxtar Vilayətinin yaradılmasının 100 iliyi çərçivəsində baş tutub. Tədbirdə türk respublikalarından olan yazıçılar, şairlər, musiqiçilər, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Günel

tag: Qırğızıstan, Elçin Hüseynbəyli, İncəsənət xadimi,Təqdimat,Türk Dünyası, todaypress.az,