Alen Delonun iti evtanaziya edilməyəcək
Mədəniyyət
21.08.2024 15:20
Fransalı aktyor Alen Delonun iti evtanaziya edilməyəcək.
TodayPress xəbər verir ki, Heyvanların Müalicəsi Fondu bu barədə “X”sosial şəbəkəsində məlumat yayıb.
Fondun nümayəndələri insanları Loubo adlı it üçün narahat olmamağa çağırıblar.
Qeyd edək ki, Alen Delon avqustun 18-də 88 yaşında vəfat edib. O, həyatı boyu 50-dən çox itə sahib olub və heyvan hüquqları müdafiəçisi olub.
Günəş Mərd
tag: Alen Delon,Heyvanların Müalicəsi Fondu , Loubo ,Fransa, Aktyor, todaypress.az,