Alen Delon itlərinin yanında dəfn ediləcək

Mədəniyyət

19.08.2024 16:41

Vəfat edən fransız aktyor Alen Delon Fransanın şimalında yaşadığı Duşi kommunasında dəfn ediləcək.

TodayPress xəbər verir ki, bu barədə məlumatı “BFMTV” telekanalı yayıb. 

Dəfn mərasiminin bu həftə ərzində baş tutacağı qeyd olunub. 

Telekanalın məlumatına görə, dünyaca məşhur aktyor öz itlərinin yanında torpağa tapşırılacaq. Qeyd olunub ki, Delon hər zaman heyvan haqlarının müdafiəsinin tərəfdarı olub və həyatı boyunca 50-dən çox itə sahiblik edib. Həmin ərazidə isə onun 35 iti dəfn edilib.

tag: Alen Delon, İtlər, Dəfn, Heyvan Haqları, Fransa, todaypress.az,